Azərbaycanın əməkdar iqtisadçısı dünyasını dəyişib

Azərbaycanın əməkdar iqtisadçısı dünyasını dəyişib Vəfadar Rzayev Azərbaycanın maliyyə-bank sistemində 50 ildən çox çalışıb
Maliyyə
22 Avqust , 2015 13:41
Azərbaycanın əməkdar iqtisadçısı dünyasını dəyişib

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycanın görkəmli maliyyə işçisi və əməkdar iqtisadçısı Vəfadar Rzayev vəfat edib.

“Report”un xəbərinə görə, V.Rzayev 82 yaşında dünyasını dəyişib.

V.Rzayev 17 il maliyyə nazirinin birinci müavini vəzifəsində çalışıb, o cümlədən həmin dövrün son illərində nazir vəzifəsini icra edib.

Vəfadar Əziz oğlu Rzayev 1933-cü ilin martın 20-də Xızı rayonunda anadan olub.

Azərbaycanın maliyyə-bank sistemində 50 ildən çox çalışıb.

1952-ci ildə 19 yaşında maliyyə sahəsində baş büdcə inspektoru vəzifəsində öz fəaliyyətinə başlayıb.

1957-1959-cu illərdə Maliyyə Nazirliyinin büdcə idarəsinin inspektoru olub.

1959-1971-ci illərdə Maliyyə Nazirliyinin sosial sahələrin planlaşması və maliyyələşməsı idarəsinin rəisi - kollegiya üzvü vəzifəsində çalışıb.

1971-1987-ci illərdə Maliyyə Nazirliyində birinci müavin vəzifəsində çalışıb.

1987-ci ildə Azərbaycanda ilk dəfə olaraq “Azərbaycan Aqrar Sənaye Bankı”nın baş idarəsini və 65 rayon üzrə şöbələrini yaradıb və 1992-ci ilin oktyabr ayına qədər həmin bankın idarə heyətinin sədri olub.

Qeyd edək ki, mühüm dövlət işi ilə yanaşı, maliyyə-kredit orqanları üçün ixtisaslı kadrların hazırlanması işindədə onun böyük əməyi olub.

V.Rzayev 15 il Azərbaycan Dövlət İqtisad Univerisitetində maliyyə və dövlət büdcəsi fənləri uzrə baş müəllim və dövlət buraxılış imtahan komissiyasının sədri olub.

Azərbaycanın maliyyə-bank sahəsində müstəsna xidmətlərinə görə V.Rzayev bir çox dövlət ordeni və medallara, fəxri fərman, əməkdar iqtisadçı, əmək veteranı, SSRI əla maliyyəçisi nişanına layiq görülüb, 3-cü çağırış Bakı şəhər sovetinin deputatı olub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi