Azərbaycanın daşınmaz əmlakın icbari sığortası bazarı azalıb

Azərbaycanın daşınmaz əmlakın icbari sığortası bazarı azalıb Bu sığorta növü üzrə müqavilələrin sayı 55%, daxilolmalar isə 22% azalıb
Maliyyə
1 İyun , 2016 12:52
Azərbaycanın daşınmaz əmlakın icbari sığortası bazarı azalıb

Bakı. 1 iyun. REPORT.AZ/ Cari ilin may ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 6 458 sığorta müqaviləsi bağlanılıb. "Report"un İcbari Sığorta Bürsouna istinadən verdiyi xəbərə görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1,7 mln. manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 61,7%-i yaşayış evləri və mənzillər, 0,7%-i inzibati binalar, 37,6%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 55%, sığorta haqlarının məbləğində isə 22% azalma müşahidə edilib.

May ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 251, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 1 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 19,7 min manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 400 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi