Azərbaycanın bağlanmış bankının Gürcüstandakı törəməsinə müvəqqəti inzibatçı təyin edilib

Azərbaycanın bağlanmış bankının Gürcüstandakı törəməsinə müvəqqəti inzibatçı təyin edilib "Qafqaz İnkişaf Bankı-Gürcüstan"ın bank sektorunun aktivlərində payı 0,14%-dir
Maliyyə
19 Avqust , 2016 15:44
Azərbaycanın bağlanmış bankının Gürcüstandakı törəməsinə müvəqqəti inzibatçı təyin edilib

Bakı. 19 avqust. REPORT.AZ/ Gürcüstan Milli Bankı (GMB) Azərbaycanın lisenziyası ləğv edilmiş "Qafqaz İnkişaf Bankı" ASC-nin bu ölkədəki törəməsinə müvəqqəti inzibatçı təyin edib. "Report" xəbər verir ki, bu barədə GMB-nin rəsmi internet səhifəsində bildirilir.

Açıqlamada qeyd olunur ki, "Qafqaz İnkişaf Bankı-Gürcüstan" ölkənin bank sektorunun aktivlərinin 0,14%-nə malikdir və müştərilərə xidmət göstərməkdə davam edəcək. Bankın kapitalı və likvidliyi kifayət qədər yüksəkdir və lazım gələrsə, müvəqqəti inzibatçı kreditorlar, o cümlədən əmanətçilər qarşısında öhdəlikləri yerinə yetirməyə hazırdır.

"Bununla yanaşı, biz bəyan edirik ki, Gürcüstanın bank sektoru sağlamdır, beynəlxalq təcrübəyə uyğun idarə edilir və Milli Bankın qərarları bu sahənin sabitliyinə, dayanıqlılığına xidmət edir", - deyə GMB-nin açıqlamasında deyilir. 

Son xəbərlər

Orphus sistemi