​Azərbaycanın avtonəqliyyat vasitələrinin sığorta bazarı daralır - YENİLƏNİB

​Azərbaycanın avtonəqliyyat vasitələrinin sığorta bazarı daralır - YENİLƏNİB Bunun əsas səbəbi bank kreditləşməsinin zəifləməsidir
Maliyyə
3 İyul , 2015 11:21
​Azərbaycanın avtonəqliyyat vasitələrinin sığorta bazarı daralır - YENİLƏNİB

İlk xəbər saat 10:50-də verilib

Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycanda 2013-cü illə müqayisədə 2014-cü ildə və bu ilin yanvar-may aylarında avtonəqliyyat vasitələrinin kasko və icbari sığortasında azalma müşahidə edilib. "Report" xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev deyib.

E.Quliyevin sözlərinə görə, bu sığorta növlərinin sayının azalmasının bir neçə səbəbi var: "İlk növbədə, bu ilin əvvəlində manat devalvasiyaya uğrayıb və bu da bank kreditlərinin azalmasına səbəb olub. Sığorta sahəsi isə kreditlərdən asılı olduğu üçün, sayda azalma baş verib".

"Digər tərəfdən ekoloji problemlərin həlli üçün Azərbaycana avtomobil idxalında "Avro-4" standartının tətbiqi də sığorta bazarına təsir edib", - deyə İSB rəhbəri bildirib.

*** (11:21)

Bununla yanaşı, E.Quliyev qeyd edib ki, ötən il ölkədə cəmi 700 658 avtonəqliyyat vasitəsi icbari sığorta olunub, bu il isə təxminən 55%-ə düşüb: "Təəssüf ki, bu az rəqəmdir. Digər tərəfdən onu da deyim ki, cərimələrin həcmini 5 dəfə artırsaq da, bu, digər ölkələrə nisbətən azdır. Məsələn, Azərbaycan cərimə 50 manatdırsa, Böyük Britaniyada 5 000 funt sterlinq, Fransada 3 750 avro, Qazaxıstanda isə 200 dollardır".

Son xəbərlər

Orphus sistemi