​Azərbaycandakı POS-terminalların 70%-i paytaxtda cəmləşib

​Azərbaycandakı POS-terminalların 70%-i paytaxtda cəmləşib Bakıda POS-terminalların quraşdırılması tempi regionlardan geri qalır
Maliyyə
8 Yanvar , 2015 15:59
​Azərbaycandakı POS-terminalların 70%-i paytaxtda cəmləşib

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycanda quraşdırılan POS-terminalların sayı illik 2,1%, aylıq isə 6,8% artaraq 2014-cü il dekabrın 1-nə 68 676-ya çatıb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, terminalların 47 250-si və ya 68,8%-i Bakı, 21 426 ədədi və ya 31,2%-i isə regionlarda quraşdırılıb.

POS-terminalların sayının paytaxtda illik artımı 62,4%, regionlarda isə 5,1 dəfə təşkil edib. Aylıq müqayisədə isə bu göstəricilər müvafiq olaraq 8% və 4,4% olub. Beləliklə, paytaxtda terminalların quraşdırılması tempi aylıq müqayisədə regionları təxminən iki dəfə üstələsə də, illik müqayisədə xeyli geri qalır.

Azərbaycanda 2014-cü il dekabrın 1-nə hər 100 nəfərə 1 POS-terminal düşüb, 2013-cü ilin müvafiq dövründə isə bu göstərici 300 nəfər olub.

Hesabat dövründə terminalların sayındakı artım nəticəsində 1 POS-terminala düşən əməliyyatların orta aylıq sayı illik 2,8 dəfə azalaraq 12,5-ə, həcmi isə 2 dəfə azalaraq 1 373 manat təşkil edib. Bir POS-terminal üzərindən aparılan əməliyyatların orta aylıq məbləği isə illik 37,2% artaraq dekabrın 1-nə hər bir müştəri üzrə 105 manata çatıb.

Son xəbərlər

Orphus sistemi