Bakı. 8 aprel. REPORT.AZ/ Bu ilin mart ayı üzrə Bakı Fond Birjasının (BFB) dövlət qiymətli kağızlar və korporativ qiymətli kağızlar bazarı sektorunda (repo əməliyyatlar istisna olmaqla) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi açıqlanıb.
"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, renkinqə 35,058 mln. manat göstəricisi ilə "Unicapital" investisiya şirkəti başçılıq edir.
Mövqe (mart, 2016) | Mövqe (fevral, 2016) | Brokerlər | Əməliyyatların həcmi (AZN) |
1 | 1 | "Unicapital İnvestisiya Şirkəti" ASC | 35 058 297,20 |
2 | 3 | "AzFinance İnvestisiya Şirkəti" QSC | 18 595 129,68 |
3 | - | “Paşa Kapital” MMC | 4 007 925,96 |
4 | 4 | "Kapital Menecment İnvestisiya Şirkəti" ASC | 3 861 309,40 |