Bakı. 10 dekabr. REPORT.AZ/ "Report" İnformasiya Agentliyinin analitik qrupu Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının 2015-ci ilin yanvar-sentybar ayları ərzində əldə etdiyi gəlirlərin ötən ilin müvafiq dövrünə nisbəti üzrə renkinqini hazırlayıb.
Aşağıdakı cədvəldə gəlirlərin illik dinamikasına görə bankların ilk beşliyi (TOP-5) əks olunub:
№ | Banklar | İllik dinamika (%-lə) |
1 | VTB Azerbaijan | 40,93 |
2 | Pasha Bank | 36,67 |
3 | Atrabank | 34,94 |
4 | Bank Respublika | 28,84 |
5 | Mugan Bank | 19,48 |
* Qeyd edək ki, bir sıra banklar maliyyə vəziyyətinin çətinləşməsilə əlaqədar göstəricilərini təqdim etməyib;
** Tam siyahı ilə tanış olmaq üçün "Report" agentliyinin iqtisadi informasiya bülleteninə abunə olmaq lazımdır.