​Azərbaycanda yeni maliyyə institutları fəaliyyətə başlayacaq

​Azərbaycanda yeni maliyyə institutları fəaliyyətə başlayacaq Yeni platforma 2016-cı ilin birinci yarısında bazar iştirakçılarına təqdim olunacaq
Maliyyə
6 Oktyabr , 2015 12:20
​Azərbaycanda yeni maliyyə institutları fəaliyyətə başlayacaq

Bakı. 6 oktyabr.REPORT.AZ/ Azərbaycanda kapital bazarının yeni arxitekturasının yaradılmasına başlanılıb. "Report"un verdiyi xəbərə görə bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədr müavini İlqar Muradov jurnalistlərə məlumat verib. O bildirib ki, yeni arxitektura qəbul edilən yeni "Qiymətli kağızlar haqqında" qanun əsasında yaradılır. Onun sözlərinə görə, yeni platforma 2016-cı ilin birinci yarısında bazar iştirakçılarına təqdim olunacaq.

İ.Muradov bildirib ki, yeni qanunun qəbul olunması olduqca əhəmiyyətli addım olub və yaxın gələcəkdə yeni institutların fəaliyyətinin şahidi olacağıq. Həmçinin kapital bazarında ticarət və post-ticarət təkmilləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi