​Azərbaycanda Yaşıl Kart Hovuz sisteminin tətbiqi imkanları araşdırılacaq

​Azərbaycanda Yaşıl Kart Hovuz sisteminin tətbiqi imkanları araşdırılacaq "Audatex Azerbaijan"ın proqram təminatı oktyabrın 1-dən tətbiq olunacaq
Maliyyə
23 Sentyabr , 2015 17:48
​Azərbaycanda Yaşıl Kart Hovuz sisteminin tətbiqi imkanları araşdırılacaq

Bakı. 23 sentyabr. REPORT.AZ/ “Audatex Azerbaijan” şirkətinin təqdim etdiyi proqram təminatının oktyabrın 1-dən etibarən İcbari Sığorta Bürosunun (İSB) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərən iştirakçı sığortaçıların istifadəsinə verilməsi qərara alınıb.

"Report" xəbər verir ki, Büronun yaydığı digər məlumata əsasən, İSB Azərbaycanda səfərdə olan Türkiyənin Motorlu Taşıt Bürosunun nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə Türkiyə Motorlu Taşıt Bürosunun nümayəndələri Erkal Karagöz və İsmayıl Yıldız Türkiyədə tətbiq olunan Yaşıl Kart Hovuz sistemi ilə bağlı İSB-nin iştirakçı sığortaçılarının məlumatlandırılması üçün təqdimat keçiriblər. Həmçinin, görüş zamanı nümayəndə heyəti ilə Azərbaycanda 2016-cı il yanvarın 1-dən Yaşıl Kart sisteminin tətbiqi ilə əlaqədar olaraq Türkiyənin Yaşıl Kart sistemində fəaliyyəti və iş prinsipləri ilə bağlı təcrübə mübadiləsi aparılıb. Görüşdə Azərbaycanda Yaşıl Kart Hovuz sisteminin tətbiqi imkanlarının araşdırılması istiqamətində İSB tərəfindən müvafiq işlərin aparılması qərara alınıb.

Yaşıl Kart Hovuz sistemi Türkiyədə müvəqqəti olaraq yaşayan insanların xarici ölkələrə səfərləri zamanı nəqliyyat vasitələrinin 3-cü tərəfə zərər vura biləcəkləri mümkün avtoqəzalara qarşı beynəlxalq icbari məsuliyyət sığortasının beynəlxalq statusa malik yaşıl kart sığortasının təminatını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi