​Azərbaycanda xarici valyutada müddətli depozitlər bu il 68% artıb - YENİLƏNİB

​Azərbaycanda xarici valyutada müddətli depozitlər bu il 68% artıb - YENİLƏNİB Xarici valyutada yerləşdirilən tələb olunanadək depozitlər isə 82% artıb
Maliyyə
10 Avqust , 2015 16:18
​Azərbaycanda xarici valyutada müddətli depozitlər bu il 68% artıb - YENİLƏNİB

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanda qeyri-rezidentlər və dövlət idarəetmə orqanları da daxil olmaqla, bank sektoru üzrə ümumi depozit bazası 2015-ci il iyulun 1-nə 18 231,6 mln. manat təşkil edib. Bu, iyunun 1-nə olan analoji göstəricidən 343,7 mln. manat və ya 1,8% azdır.

Azərbaycan Mərkəzi Bankından (AMB) "Report"a verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə cəmi depozit bazası 2 778,2 mln. manat və ya 18% artıb. Bu artıma fevral ayında baş verən milli valyutanın devalvasiyası nəticəsində xarici valyutada olan depozitlərin manat ekvivalentində dəyərinin artması səbəb olub.

Depozitlərin strukturuna əsasən, manatla depozitlər iyunun 1-nə nisbətən artıb, xarici valyutada isə tələb olunanadək depozitlər artdığı halda, müddətli depozitlər azalıb. Belə ki, iyulun 1-nə manatla tələb olunanadək depozitlər 3,5% artaraq 2 031,6 mln. manat təşkil edib. İlin əvvəli ilə müqayisədə manatla tələb olunanadək depozitlər 702,8 mln. manat və ya 25,7% azalıb. Manatla müddətli depozitlər isə iyunun 1-i ilə müqayisədə 0,2% artaraq 3 002,5 mln. manata çatıb. İlin əvvəli ilə müqayisədə bu cür depozitlər 2 006,6 mln. manat və ya 40% azalıb.

Xarici valyutada tələb olunanadək depozitlər iyulun 1-də əvvəlki aya nəzərən 2,6% artaraq 3 270 mln. manat təşkil edib. Yanvarın 1-i ilə müqayisədə isə bu göstərici 1 471,2 mln.manat və ya 81,8% artıb. Xarici valyutada müddətli depozitlər iyulun 1-nə əvvəlki ayla müqayisədə 4,8% azalaraq 9 927,4 mln. manat təşkil edib. İlin əvvəli ilə müqayisədə isə bu göstərici 4 016,4 mln. manat və ya 67,9% artıb.

Qeyd edək ki, iyulun 1-nə Azərbaycanın bank sektorunda xarici valyutada yerləşdirilən depozitlərin məcmu depozitlərin strukturunda xüsusi çəkisi 74,5% təşkil edib. İyunun 1-nə bu göstərici 74,6%, yanvarın 1-də isə 47,3% olub.

Son xəbərlər

Orphus sistemi