Azərbaycanda xarici valyutada əmanətlər üzrə gəlirlilik 5-illik minimuma düşüb

Azərbaycanda xarici valyutada əmanətlər üzrə gəlirlilik 5-illik minimuma düşüb Fiziki şəxslərə verilən əmanətlərin gəlirliyi manatda 9,66%, xarici valyutada 9,50% təşkil edib
Maliyyə
9 İyul , 2015 12:47
Azərbaycanda xarici valyutada əmanətlər üzrə gəlirlilik 5-illik minimuma düşüb

Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycanın bank sektorunda manatla əmanət və depozitlərdə gəlirliyin azalması, xarici valyutada isə artması müşahidə olunur. May ayında manatla depozitlər 0,01% bəndi azalaraq cari il iyunun 1-nə illik 8,81%, xarici valyutada isə 0,07 faiz bəndi artaraq 8,38% təşkil edib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu, manatla əmanət və depozitlər üzrə 2010-cu ildən indiyədək müşahidə olunan ən aşağı göstəricidir.

Hüquqi şəxslərin manatda depoztləri üzrə gəlirlilik mayda 0,07 faiz bəndi artaraq 5,95%, xarici valyutada 0,1 faiz bəndi artaraq 4,03% olub.

Hesabat ayında fiziki şəxslərə verilən əmanətlərin gəlirliyi manatda 0,08 faiz bəndi artaraq 9,66%, xarici valyutada 0,01 faiz bəndi azalaraq 9,50% təşkil edib. Hesabata əsasən, fiziki şəxslərin xarici valyuta ilə əmanətlərində son beş ilin minimumu qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi