Azərbaycanda vergi daxilolmaları 5% azalıb

Azərbaycanda vergi daxilolmaları 5% azalıb Vergilər Nazirliyi proqnoz tapşırığına 100,3% əməl edib
Maliyyə
8 Sentyabr , 2016 10:04
Azərbaycanda vergi daxilolmaları 5% azalıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 351 970 000 manat vəsait daxil olub.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% azdır.

Hesabat dövründə proqnoz tapşırığına 100,3% əməl edilib. 8 ay ərzində qeydə alınmış vergi ödəyicilərinin sayı isə 75 806 olub. 

Son xəbərlər

Orphus sistemi