Azərbaycanda vergi bəyannamələrinin yeni formaları təsdiq edilib

Azərbaycanda vergi bəyannamələrinin yeni formaları təsdiq edilib Bəzi bəyannamələrin tərtib edilmə qaydalarına isə dəyişikliklər edilib
Maliyyə
26 Avqust , 2016 16:25
Azərbaycanda vergi bəyannamələrinin yeni formaları təsdiq edilib

Bakı. 26 avqust. REPORT.AZ/ Vergilər Nazirliyi tərəfindən “Gəlir vergisinin bəyannaməsi”, “Mənfəət vergisinin bəyannaməsi”, “Torpaq vergisinin bəyannaməsi”, “Əmlak vergisinin bəyannaməsi” və onların tərtib edilmə qaydaları, “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması, “Dövlət rüsumunun tutulması haqqında hesabatın tərtib edilməsi qaydası”, habelə “Sadələşdirilmiş vergininin bəyannaməsi” və “Əlavə dəyər vergisinin bəyannaməsi”nə, “Xüsusi notariusun gəlir vergisi bəyannaməsinə”, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nə əlavələr və onların tərtib edilmə qaydalarına dəyişikliklər təsdiq edilib. Bu barədə “Report”a Nazirliyin analitik–informasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, bu dəyişikliklər vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə və bəyannamə formalarının sadələşdirilməsinə, ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının düzgün müəyyənləşdirilməsinə bəyannamələr vasitəsilə əldə olunan məlumatların dəqiqləşdirilməsi hesabına vergi ödəyicilərində keçirilən nəzarət tədbirlərinin sayının azaldılmasına xidmət edəcək.

Sözügedən sənədlərlə Vergilər Nazirliyinin rəsmi internet səhifəsində və “Vergilər” qəzetinin növbəti sayında tanış olmaq mümkündür.

Xatırladaq ki, Nazirlik vergi bəyannamələrinin yeni formalarını Prezidenti İlham Əliyevin 4 avqust tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamının tələblərinə uyğun olaraq təsdiq edib. 

Son xəbərlər

Orphus sistemi