​Azərbaycanda valyuta risklərini sığortalayan yeni əmanət məhsulu bazara çıxarılıb

​Azərbaycanda valyuta risklərini sığortalayan yeni əmanət məhsulu bazara çıxarılıb Bütün mümkün valyuta risklərini bank üzərinə götürür, müştəri isə bütün məzənnə dəyişikliklərindən sığortalanır
Maliyyə
30 Mart , 2015 13:58
​Azərbaycanda valyuta risklərini sığortalayan yeni əmanət məhsulu bazara çıxarılıb
Bütün mümkün valyuta risklərini bank üzərinə götürür, müştəri isə bütün məzənnə dəyişikliklərindən sığortalanır

Bakı. 30 mart. REPORT.AZ/ “Bank Technique” yeni məhsulunu – “Sığortalı+” depozitini təqdim edir.Bankın sığortalı depozit növlərinə aid edilən bu yeni əmanət növü mümkün valyuta risklərinin qarşılanması ilə seçilir.

Bankdan "Report"a verilən məlumata görə, bank əmanətçilərə manat vəsaitlərini və faizlərini müddətin sonunda istər yerləşdirildiyi kimi manatda, istər isə ABŞ dollarında, yerləşdirmə gününün məzənnəsi ilə götürmək imkanını yaradır. Bu zaman bütün mümkün valyuta risklərini bank üzərinə götürür, müştəri isə bütün məzənnə dəyişikliklərindən sığortalanır və dollarla yatırılmış əmanətlə müqayisədə daha böyük gəlir əldə edir.

“Yeni məhsulumuz ilk növbədə müştərilərimizin razılığına və arxayınlığına yönəlib. Hər bir əmanətçi müddətin sonunda vəsaitlərini və gəlirini manat və ya yerləşdirdiyi günün məzənnəsi ilə ABŞ dollarında götürə biləcək”, - Bankın Baş direktoru Kamran Axundov vurğulayıb.

Qeyd edək ki, “Sığortalı+” depoziti Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Əmanət müddəti 1 il olmaqla, minimal məbləğ 5 min manat, illik faiz dərəcəsi 8% təşkil edir. Üçüncü şəxsin xeyrinə də açıla biləcək depozit üzrə vəsaitlərini yerləşdirən müştərilərə “Bank Technique”in plastik kartı və səyahət sığortası paketi hədiyyə olunur.

Hazırda “Bank Technique”in 29 filial və 30 şöbəsi Bakı, Abşeron, Gəncə, Sumqayıt, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Tovuz, Ağstafa və Lənkəranda müştərilərin xidmətindədir.

Son xəbərlər

Orphus sistemi