​Azərbaycanda valyuta depozitləri azalır

​Azərbaycanda valyuta depozitləri azalır Xarici valyutada yerləşdirilən depozitlər ilin əvvəlindən 90% artıb
Maliyyə
7 Avqust , 2015 16:01
​Azərbaycanda valyuta depozitləri azalır

Bakı. 7 avqust. REPORT.AZ/ Azərbaycan bank sektorunda xarici valyutada saxlanılan depozitlərin həcmi cari ilin iyulun 1-nə 7 857,3 mln. manat təşkil edib. Bu, iyunun 1-nə olan analoji göstəriciyə nisbətən 57,6 mln. manat və ya 0,7% azdır.

Bu barədə "Report"a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Qeyd edək ki, xarici valyutada olan depozitlərin həcmində azalma artıq ikinci ay davam edir. İlin əvvəli ilə müqayisədə xarici valyutada yerləşdirilən depozitlər 3 727 mln. manat və ya 90,2% artıb.

Son xəbərlər

Orphus sistemi