Azərbaycanda türk sərmayələrinin həcmi 4 dəfə artıb

Azərbaycanda türk sərmayələrinin həcmi 4 dəfə artıb 2014-cü ilin 10 ayı ərzində Azərbaycanda türk sərmayələrinin həcmi 1,9 mlrd. dollar təşkil edib
Maliyyə
5 Yanvar , 2015 14:16
Azərbaycanda türk sərmayələrinin həcmi 4 dəfə artıb

Bakı. 5 yanvar. REPORT.AZ/ 2014-cü ilin 10 ayı ərzində Azərbaycanda türk sərmayələrinin həcmi 1,9 mlrd. ABŞ dolları təşkil edib. Bu göstərici 2013-cü ilin eyni dövrü ilə müqayisədə 4 dəfə artıb. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankının məlumatında deyilir. 

Ümumilikdə, Türkiyə digər ölkələrə 4,7 mlrd. dollar həcmində sərmayə qoyub, onlardan 2,4 mlrd dollar Asiya ölkələrinin payına düşüb. İnvestisiya həcminin kəskin azalması Bolqarıstan, Hindistan, Ukrayna, Rusiya və s. ölkələrdə müşahidə olunur.

Həmçinin qeyd etmək lazımdır ki, 2014-cü ildə Türkiyə Azərbaycana ümumi dəyəri 2,2 mlrd. dollar olan məhsul ixrac edib. 

Son xəbərlər

Orphus sistemi