Azərbaycanda təqaüdçülərə kreditlərin verilməsi dayandırılıb

Azərbaycanda təqaüdçülərə kreditlərin verilməsi dayandırılıb Kreditləşmənin nə vaxt bərpa olunacağı məlum deyil
Maliyyə
22 Aprel , 2016 13:26
Azərbaycanda təqaüdçülərə kreditlərin verilməsi dayandırılıb

Bakı. 22 aprel. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə Azərbaycanda təqaüdçülərə istehlak kreditlərinin verilməsi müvəqqəti dayandırılıb. Palatadan "Report"a bildirilib ki, kredit verilişinin nə vaxt bərpa olunacağı hələ dəqiq deyil, bu istqamətdə araşdırmalar aparılır.

"Sədr bankların nümayəndələri ilə görüşüb. Görüşdə nümayəndələrin səsləndirdiyi aktual problemlər müzakirə olunub. Müzakirədə təqaüdçülərlə bağlı məsələ də qaldırılıb. Palata da bütün sosial dəyərləri nəzərə alaraq təqaüdçülərə kreditlərin verilməsini müyyən müddətə dayandırıb", - deyə Palatadan bildirilib.

Qeyd edək ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi aprelin 5-dən etibarən bir ay müddətinə dayandırılıb və Palata bu müddətin uzadılması hüququnu da özündə saxlayıb.

Son xəbərlər

Orphus sistemi