Azərbaycanda tələbələrə beynəlxalq mühasibat uçotu üzrə ödənişsiz təlimlər keçiriləcək

Azərbaycanda tələbələrə beynəlxalq mühasibat uçotu üzrə ödənişsiz təlimlər keçiriləcək Tələbələr oktyabrın 1-nə qədər müsahibəyə dəvət edilirlər
Maliyyə
26 Sentyabr , 2016 15:47
Azərbaycanda tələbələrə beynəlxalq mühasibat uçotu üzrə ödənişsiz təlimlər keçiriləcək

Bakı.26 sentyabr. REPORT.AZ/ Azərbaycanda ali təhsil müəssisələrinin bakalavr və magistr pilləsində təhsil alan tələbələr üçün “Beynəlxalq Mühasibat Uçotunun Əsasları” üzrə ödənişsiz təlim keçiriləcək.

Bu barədə "Report"a Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzindən bildirilib. 

Məlumata görə, təlimdə iştirak etmək üçün tələbələr oktyabrın 1-nə qədər mərkəzdə müsahibəyə dəvət edilirlər. Müsahibədə müvəffəqiyyət qazanan 15 nəfərə mərkəzin hesabına ödənişsiz təlim keçiriləcək.

Belə bir təlimin keçirilməsi ölkədə mühasibat uçotunun inkişafına dəstək məqsədi daşıyır. Bu təlimlərin mütəmadi keçirilməsi planlaşdırılır.

Qeydiyyata düşmək üçün mərkəzlə əlaqə saxlamaq lazımdır. 

Son xəbərlər

Orphus sistemi