Azərbaycanda tələbələr təhsil haqlarını vahid portalla ödəyəcək

Azərbaycanda tələbələr təhsil haqlarını vahid portalla ödəyəcək Təhsil Nazirliyində yaradılan xüsusi informasiya sistemi Hökumət Ödəniş Portalının infrastrukturuna inteqrasiya olunub
Maliyyə
14 Dekabr , 2015 18:16
Azərbaycanda tələbələr təhsil haqlarını vahid portalla ödəyəcək

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi fəaliyyət nəticəsində dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələrin təhsil haqlarının mərkəzləşdirilmiş qaydada toplanılmasının təmin olunması məqsədilə nazirlikdə xüsusi informasiya sistemi yaradılıb və Hökumət Ödəniş Portalının (HÖP) infrastrukturuna inteqrasiya olunub.

“Report” AMB-yə istinadan xəbər verir ki, Təhsil Nazirliyi tərəfindən pilot olaraq seçilmiş dövlət ali təhsil müəssisələri (Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Bakı Slavyan Universiteti və Sumqayıt Dövlət Universiteti) yaradılmış informasiya sisteminin avtomatlaşdırılmış iş yeri ilə təmin edilərək onlara tələbələr haqqında məlumatların mərkəzi informasiya bazasına daxil edilməsi və qəbul edilmiş ödənişlər haqqında hesabatların alınması imkanı yaradılıb.

Yaradılmış infrastruktura qoşulmuş ali təhsil müəssisələri üzrə qəbul edilmiş təhsil haqqı ödənişləri haqqında məlumatlar real vaxt rejimində Təhsil Nazirliyinin mərkəzi informasiya sisteminə, maliyyə vəsaitləri isə bu müəssisələrin hesablarına xidmət göstərən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə çatdırılır. Hər bir əməliyyat gününün sonunda toplanmış vəsaitlərin müvafiq hesablara çatdırılması üzrə elektron üzləşmə aparılır və bu haqda Nazirliyin mərkəzi informasiya sisteminə məlumat çatdırılır.

Son xəbərlər

Orphus sistemi