Azərbaycanda "tax free"nin praktiki tətbiqi mövzusunda təlim keçirilib

Azərbaycanda "tax free"nin praktiki tətbiqi mövzusunda təlim keçirilib Təlimdə Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər aidiyyəti qurumların əməkdaşları iştirak ediblər
Maliyyə
6 Sentyabr , 2016 12:02
Azərbaycanda tax freenin praktiki tətbiqi mövzusunda təlim keçirilib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Vergilər Nazirliyində “Tax free” sisteminin ölkə ərazisində praktiki tətbiqi” mövzusunda təlim keçirilib. Bu barədə “Report”a Nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib. Təlimdə Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər aidiyyəti qurumların əməkdaşları iştirak ediblər.

Təlimdə çıxış edən Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsi Maliyyə institutlarında vergi monitorinqi İdarəsinin şöbə rəisi Səfərəli Cavadov bildirib ki, ölkə iqtisadiyyatının diversifikasiyası, ölkəyə xarici turistlərin marağının artırılması, turizm sektorunda son illər ərzində nail olunmuş inkişafın davamlılığının təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi üçün beynəlxalq təcrübədə xarici turistlərə münasibətdə geniş istifadə edilən “tax free” sisteminin tətbiqinə başlanılıb.

Azərbaycan Prezidentinin 12 iyul 2016-cı il tarixli fərmanı ilə “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” təsdiq edilib.

Dövlət başçısının 4 avqust 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nə uyğun olaraq, Azərbaycanı turistlər üçün cəlbedici ölkəyə çevirmək və bütövlükdə turizm sektorunu inkişaf etdirmək məqsədilə yaxın vaxtlarda Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması (“tax free”) sisteminin Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanından başqa digər sərhəd buraxılış məntəqələrində də tətbiq olunması nəzərdə tutulur. Bu, vergilər nazirinin müvafiq əmri ilə bu il vergi sahəsində aparılacaq islahatların istiqamətləri və vergi inzibatçılığının təkmilləşdirilməsi barədə Tədbirlər Planında da əksini tapıb.

Tədbirdə təlim iştirakçılarının “tax free” sisteminin tətbiqi, ƏDV-nin geri qaytarılması prosesi ilə bağlı sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi