Azərbaycanda sığortalanan əmanətlər üzrə faiz dərəcəsi artırılıb

Azərbaycanda sığortalanan əmanətlər üzrə faiz dərəcəsi artırılıb Fevralın 24-dən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 9%-dən 12%-ə çatdırılıb
Maliyyə
24 Fevral , 2015 12:04
Azərbaycanda sığortalanan əmanətlər üzrə faiz dərəcəsi artırılıb

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bu gündən etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimal həddini 9%-dən 12%-ə qaldırıb.

"Report"un Fonda istinadən verdiyi xəbərə görə, fevralın 24-dən ölkədəki kommersiya banklarında yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12%-ə çatdırılıb. ƏSF-nin Himayəçilik Şurası fevralın 23-də keçirilən növbədənkənar iclasında qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin qaldırılması barədə qərar qəbul edib.

Bu dəyişiklik fevralın 24-dən qüvvəyə minir və bu tarixdən sonra üzv banklarda illik 12%-dən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunmayan əmanət hesab ediləcək.

Xatırladaq ki, hər bir sığorta hadisəsinə görə qorunan əmanətçinin qorunan əmanətinə ödənilməli olan kompensasiya məbləği 30 min manat təşkil edir. Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir, sığorta haqları yalnız üzv banklar tərəfindən ödənilir.

Son xəbərlər

Orphus sistemi