​Azərbaycanda sığortada telematik qurğuların tətbiqinə dair müzakirələr aparılır

​Azərbaycanda sığortada telematik qurğuların tətbiqinə dair müzakirələr aparılır Azərbaycan Sığortaçılar Assosiasiyasının hüquq komitəsinin iclası keçirilib
Maliyyə
30 Aprel , 2015 12:34
​Azərbaycanda sığortada telematik qurğuların tətbiqinə dair müzakirələr aparılır

Bakı. 30 aprel. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Hüquq Komitəsinin iclası keçirilib.

"Report"un verdiyi xəbərə görə, tədbirdə Maliyyə Nazirliyi tərəfindən qəbul olunan Azərbaycanda sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planında nəzərdə tutulmuş məsələlər – sığorta bazarı üçün ümumi şikayət prosedurasının müəyyən edilməsi, sığorta agentlərinin və sığortaçıların davranış məcəlləsinin hazırlanması, dələduzluq hallarının qarşısının alınması üçün telematik qurğuların tətbiqilə bağlı müzakirələr aparılıb. Bütün bu məsələlər Komitənin iş planına daxil edilib, onların həlli mexanizmləri hazırlanmaqdadır.

İclasda ASA-nın sədri Orxan Bayramov, qurumun hüquqşünası Cavid Məhərrəmov, adı çəkilən komitənin sədri, "AXA-Mbask" sığorta şirkəti Hüquq və subroqasiya Departamentinin müdiri Fuad Musa, eləcə də Komitənin digər üzvləri – "PAŞA Sığorta", "Atəşgah Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Meqa Sığorta", "Atasığorta", "Bakı Sığorta" və "Buta Sığorta" şirkətlərinin təmsilçiləri iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi