Bakı. 3 mart.
Onun sözlərinə görə, hazırda Azərbaycanda xanım sahibkarların sayı qənaətbəxş sayılır: "Azərbaycanda qadınlarla kişilərin payı təxminən yarı-yarıyadır. Müştəri seqmentinə baxdıqda, yanvar ayının sonuna əsasən, ölkədə bank müştərilərinin 20%-i, bank olmayan kredit təşkilatlarının (BOKT) isə müştərilərinin 25%-i qadınlardır. Avropada isə bu göstərici 30%-dir".
J.Hacıyeva bildirib ki, yanvar ayının sonuna bank məlumatlara əsasən, kommersiya banklarında xanım müştərilər üzrə kreditlərdə gecikmə 15% təşkil edirsə, kişilər üzrə bu göstərici 31-32%-dir. Onun sözlərinə görə, mikromaliyyə sektorunda qadınlar əsasən 1 000-1 500 manat məbləğində vəsait götürməyə üstünlük verirlər.
Cari ilin yanvarın 31-nə Azərbaycanda 685,267 mln. dollar həcmində kredit portfeli olan mikromaliyyə təşkilatları hazırda 115 747 (23,5%) qadın müştəriyə maliyyə xidmətləri göstərir.