Azərbaycanda qorunan əmanətlər üzrə ödənişin yalnız valyutada da aparılması təklif edilir

Azərbaycanda qorunan əmanətlər üzrə ödənişin yalnız valyutada da aparılması təklif edilir MBNP Direktorlar Şurasının sədri Rüfət Aslanlı: "Hazırda bu məsələlərlə məşğuluq"
Maliyyə
21 Oktyabr , 2016 12:56
Azərbaycanda qorunan əmanətlər üzrə ödənişin yalnız valyutada da aparılması təklif edilir

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycanda qorunan bank əmanətləri üzrə kompensasiya ödənişlərinin hər bir halda öz valyutasında həyata keçirilməsi ilə bağlı məsələ hökumətdə müzakirə olunur. "Report"un verdiyi xəbərə görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

"Hökumətdə bunu bir daha müzakirə etdik. Prezidentlə də məsləhətləşmələr aparılıb. Əgər qanunvericilik buna yol verərsə, çox güman ki, belə birləşdirilən əmanətlər üzrə kompensasiyalar manatla ödənilən kimi, onun valyutaya da konvertasiyası üzərində iş aparırıq. Bu məsələ Prezidentə kimi məruzə olunub. Hazırda bu məsələlərlə məşğuluq", - deyə MBNP başçısı bildirib.

Bildirilir ki, bu yeniliyin yalnız kiçik məbləğdə olan və birləşdirilən qorunan əmanətlərə şamil ediləcəyi gözlənilir.

Qeyd edək ki, hazırda əgər bir şəxsin bankda bir neçə valyutada (o cümlədən, manatla) qorunan əmanəti varsa, o zaman toplam kompensasiya milli valyutada ödənilir.

Son xəbərlər

Orphus sistemi