Azərbaycanda qızılın qiyməti aylıq maksimuma yüksəlib

Azərbaycanda qızılın qiyməti aylıq maksimuma yüksəlib Azərbaycanda qızılın qiyməti son bir ayda 6%, son bir həftədə isə 4% artıb
Maliyyə
25 Avqust , 2015 12:08
Azərbaycanda qızılın qiyməti aylıq maksimuma yüksəlib

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan bazarında qızlın qiyməti aylıq maksimuma çatıb. Avqustun 25-də qızılın bir unsiyasının rəsmi məzənnəsi bu ay ərzində ilk dəfə olaraq 1 220 manatı keçərək 1 220,8589 manat (1 qram - 39,26 manat) təşkil edib. 

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu göstərici 7 iyul tarixindən indiyədək müşahidə olunan ən yüksək rəqəmdir. Belə ki, qızılın bir unsiyasının 1 220 manat həddini keçməsi bir də iyulun 7-də qeydə alınıb - 1 223,1340 manat.

Məlumata əsasən, qızılın qiyməti ayın əvvəli (3 avqust) ilə müqayisədə 5,93%, həftəlik (18 avqust) isə 4,05% artıb.

Qeyd edək ki, bu gün Azərbaycanda dolların rəsmi məzənnəsi 1,0466 manat, avro - 1,2078 manat, 1 rubl - 0,0148 manat təşkil etdiyi halda, iyulun 7-də bu göstəricilər müvafiq olaraq 1,0490 manat, 1,1575 manat, 0,0184 manat olub. 

Son xəbərlər

Orphus sistemi