Azərbaycanda qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 11% artıb

Azərbaycanda qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 11% artıb Ümumi vergi daxilolmalarında qeyri-neft sektorunun payı 67% təşkil edir
Maliyyə
11 İyun , 2015 10:18
Azərbaycanda qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 11% artıb

Bakı. 11 iyun. REPORT.AZ/ Cari ilin yanvar-may ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 848,883 mln. manat həcmində vəsait daxil olub. Bununla da müvafiq proqnoz tapşırığına 101,6% əməl edilib.

"Report"un verdiyi xəbərə görə, bu barədə Vergilər Nazirliyinin məlumatında bildirilir.

Hesabat dövründə qeyri-neft sektoru üzrə büdcəyə 1 905,879 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,0% çoxdur. Ümumi vergi daxilolmalarında qeyri-neft sektorunun xüsusi çəkisi 66,9% təşkil edir.

Son xəbərlər

Orphus sistemi