Hesabata əsasən, kapitalın 23,11 mln. manatı kredit ittifaqları, 47,61 mln. manatı beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilən kredit təşkilatları, 12,72 mln. manatı digər BOKT-ların payına düşüb. Bu göstəricilər illik müqayisədə müvafiq olaraq 1,1%, 44,8% artıb və 32,0% azalıb.
Bununla yanaşı, BOKT-ların məcmu aktivləri illik müqayisədə 25,5% artaraq oktyabrın 1-nə 614, 6 mln. manat təşkil edib. Aktivlərin 59,98 mln. manatı kredit ittifaqları, 524,87 mln. manatı beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilən kredit təşkilatları, 29,75 mln. manatı isə digər bank olmayan kredit təşkilatlarının payına düşüb.