​Azərbaycanda pul bazasının həcmi iyunda azalıb

​Azərbaycanda pul bazasının həcmi iyunda azalıb Son bir ildə isə azalma 35% olub
Maliyyə
7 İyul , 2015 14:47
​Azərbaycanda pul bazasının həcmi iyunda azalıb

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycanda pul bazasının həcmi 2015-ci il iyulun 1-nə 7 487 mln. manat təşkil edib. Bu, iyunun 1-nə nisbətən 110,3 mln. manat və ya 1,4 % azdır.

Azərbaycan Mərkəzi Bankından "Report"a verlən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə bu göstərici 4 054,9 mln. manat və ya 35% azalıb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə azalma 3 998,2 mln. manat və ya 34,8% təşkil edib.

Qeyd edək ki, pul bazası 2014-cü ilin sentyabrın 1-də pik həddə - 11 743,6 mln. manata çatıb.

Son xəbərlər

Orphus sistemi