​Azərbaycanda POS-terminalların 68%-i paxtaxtın payına düşür

​Azərbaycanda POS-terminalların 68%-i paxtaxtın payına düşür Regionlarda POS-terminalların sayının artım tempi Bakını üstələyir
Maliyyə
5 Dekabr , 2014 15:35
​Azərbaycanda POS-terminalların 68%-i paxtaxtın payına düşür

Bakı. 5 dekabr.REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bankların istifadədə olan POS-terminallarının ümumi sayı son bir ayda 9,7% artaraq bu ilin noyabrın 1-nə 64 297 ədədə çatıb.

"Report"un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, POS-terminalların 43 767-si (68,1%) Bakı şəhəri, 20 530-u isə (31,9%) regionların payına düşür.

Əvvəlki ayla müqayisədə Bakı şəhəri üzrə POS-terminalların sayı 9,0%, regionlarda isə 11,3% artıb. Bu isə regionlar üzrə artımın paytaxt üzrə artım tempini bir qədər üstələdiyini göstərir.

Qeyd edək ki, ölkə üzrə mövcud olan POS-terminalların 62 876-sı və ya 97,7%-i pərakəndə ticarət sektorunun payına düşür.

Son xəbərlər

Orphus sistemi