​Azərbaycanda ötən ay bağlanmış 4 bankın əmanətçilərinə 950 min manat kompensasiya ödənilib

​Azərbaycanda ötən ay bağlanmış 4 bankın əmanətçilərinə 950 min manat kompensasiya ödənilib Ümumilikdə 4 bank üzrə 949 994 manat ödəniş edilib
Maliyyə
2 Avqust , 2016 16:04
​Azərbaycanda ötən ay bağlanmış 4 bankın əmanətçilərinə 950 min manat kompensasiya ödənilib

Bakı. 2 avqust. REPORT.AZ/ Bu gündən Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödəməyə başlayıb. 

"Report" ADİF-ə istinadən xəbər verir ki, “Parabank”ın əmanətçilərinə 561 529 manat, “Zaminbank”ın əmanətçilərinə 199 830 manat, “Kredobank”ın əmanətçilərinə 65 270 manat, “Dekabank”ın əmanətçilərinə isə 123 365 manat kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 949 994 manat ödəniş edilib.

Məlumata görə, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər. 

Son xəbərlər

Orphus sistemi