Azərbaycanda orta aylıq əmək haqqı 7,8% artıb

Azərbaycanda orta aylıq əmək haqqı 7,8% artıb Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1501,6 min nəfər olub
Maliyyə
14 İyun , 2016 14:07
Azərbaycanda orta aylıq əmək haqqı 7,8% artıb

Bakı. 14 iyun. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8% artaraq 487,5 manat olub. 

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

2016-cı il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1501,6 min nəfər olub, onlardan 891,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 610,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,6%-i təhsil, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,1%-i sənaye, 8,9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,4%-i tikinti, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 10,8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Son xəbərlər

Orphus sistemi