Muzdla işləyənlərin 22,2%-i təhsildə, 18,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,7%-i sənayedə, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,1%-i tikintidə, 4,7%-i nəqliyyat və anbar təsərrüfatında, 3,7%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7%-i informasiya və rabitə sahəsində və 17,4%-i iqtisadiyyatın digər sahələrində məşğul olub.
Yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 441,6 manat olub. Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 415,0 manata bərabər olub və beləliklə 6,4%-lik artım müşahidə olunub.
İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.