​Azərbaycanda onlayn avtomobil hərracları ilə bağlı məsələ gələn ay həll olunacaq

​Azərbaycanda onlayn avtomobil hərracları ilə bağlı məsələ gələn ay həll olunacaq İcbari Sığorta Bürosu "Audatex-Azerbaijan"da 5% pay ala bilər
Maliyyə
23 İyun , 2016 16:46
​Azərbaycanda onlayn avtomobil hərracları ilə bağlı məsələ gələn ay həll olunacaq

Bakı. 23 iyun. REPORT.AZ/ “Audatex-Azerbaijan” şirkətinin Azərbaycan bazarında təqdim etmək istədiyi onlayn avtomobil hərracı xidməti ilə bağlı iyulun 4-5-də görüş keçiriləcək. “Report”un məlumatına görə, bu barədə İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev məlumat verib.

Onun sözlərinə görə, görüşdə rəhbərlik etdiyi qurumun nümayəndələri ilə yanaşı Maliyyə Bazarlarına Nəzarət Palatası və “Audatex” şirkətinin təmsilçiləri iştirak edəcəklər. Görüşün nəticəsi olaraq “Audatex”in sözügedən proqram təminatının Azərbaycanda tətbiqinə başlanıla bilər.

E.Quliyev onu da bildirib ki, gələn ay keçirilməsi nəzərdə tutulan görüşdə İSB-nin “Audatex-Azerbaijan” şirkətindən 5% pay alması məsələsi də müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi