Azərbaycanda nağdsız ödənişlərin inkişafı üçün mövcud imkanlar müzakirə edilir

Azərbaycanda nağdsız ödənişlərin inkişafı üçün mövcud imkanlar müzakirə edilir Ölkədə vahid bankomat şəbəkəsinin yaradılmasına dair beynəlxalq təcrübə öyrənilir
Maliyyə
30 Noyabr , 2015 17:54
Azərbaycanda nağdsız ödənişlərin inkişafı üçün mövcud imkanlar müzakirə edilir

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə ekspert qrupunun ilk iclası keçirilib. "Report"un ABA-ya istinadən verdiyi xəbərə görə, qrupun yaradılmasının əsas məqsədi müştərilərin maliyyə vəsaitlərinə və innovativ bank məhsullarına çıxışının asanlaşdırılması, onlara göstərilən bank xidmətlərinin maya dəyərinin aşağı salınması və müştəri məmnunluğunun təmin edilməsi imkanlarının araşdırlmasından ibarətdir.

Qeyd ediləni əsas tutaraq, Qrup öz fəaliyyətində Mərkəzi Bankın dəstəyi ilə kartlı ödəniş sistemləri, alternativ xidmət kanalları (internet bankçılıq, mobil bankçılıq, ATM, Çağrı Mərkəzi və s.), ödəniş sistemlərinin təhlükəsizliyi və digər nağdsız ödənişlərlə əlaqədar bank sistemindəki mövcud vəziyyətin, bankların qarşılaşdıqları problemlərin və digər əlaqədar məsələlərin müzakirə edilməsi, bu istiqamətdə xarici təcrübənin - qabaqcıl ölkələrin innovativ yanaşmalarının öyrənilməsinə hədəflənməyi planlaşdırır. Bundan əlavə, müvafiq qurumlara ünvanlanacaq əsaslandırılmış təkliflərin hazırlanması, hüquqi-normativ baza və standartların hazırlanmasında iştirak, bu sahələrin inkişafı üçün banklararası razılaşmaların mümkünlüyünün müzakirəsi və digər bu qəbildən olan fəaliyyətlərin həyata keçirilməsi də Qrupun prioritet vəzifəsidir.

ABA-nın ofisində baş tutan lk iclasda vahid ATM şəbəkəsinə dair beynəlxalq təcrübə, nağdsız ödənişlərin inkişafı istiqamətində mövcud imkanlar müzakirə edilib və prioritet istiqamətlər sahəsində fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi