​Azərbaycanda nağdsız ödənişlər azalıb

​Azərbaycanda nağdsız ödənişlər azalıb Ödənişlərin həcmi aylıq müqayisədə azalsa da, illik dəyişməz qalıb
Maliyyə
21 İyun , 2016 13:40
​Azərbaycanda nağdsız ödənişlər azalıb

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycan daxilində ATM və POS-terminalllar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi azalıb.

"Report"un verdiyi xəbərə görə, nağdsız ödənişlərin həcmi aylıq müqayisədə azalıb. Cari ilin aprelində ATM və POS-terminallar vasitəsilə ümumulikdə 57 mln. manat həcmində nağdsız əməliyyat həyata keçirilib ki, bu da əvvəlki ayla müqayisədə 1 mln. manat və 1,72% azalma deməkdir. Bu müddətdə POS-terminallar vasitəsilə nağdsız ödənişlər 3 mln. manat və ya 8,11% azalaraq 34 mln. manat, bankomatlar vasitəsilə əməmliyyyatlar isə əksinə, 2 mln. manat və ya 9,5% artaraq 23 mln. manat təşkil edib.

İllik müqayisədə isə nağdsız ödənişlərin həcmi dəyişməz qalıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə POS-terminallar vasitəsilə ödənişlərin həcmi 4 mln. manat artıb, əksinə bankomatlar vasitəsilə isə ödənişlərin həcmi isə 4 mln. manat azalıb.

Aprel ayında nağdsız əməliyyatların sayı 827 min olub ki, bunun da 755 mini POS-terminallar, 72 mini isə bankomatlar vasitəsilə həyata keçirilib. Nağdsız əməliyyatların sayında 165 min və ya 24,93% artım qeydə alınıb. POS-terminallar vasitəsilə əməliyyatların sayı 148 min və ya 24,38%, bankomatlar vasitəsilə əməliyyatlar isə 17 min və ya 30,91% artıb.

Son xəbərlər

Orphus sistemi