Azərbaycanda "Mühasibat uçotu haqqında" qanun dəyişib

Azərbaycanda "Mühasibat uçotu haqqında" qanun dəyişib Prezident İlham Əliyev qanuna dəyişiklikləri təsdiq edib
Maliyyə
19 Oktyabr , 2016 12:12
Azərbaycanda Mühasibat uçotu haqqında qanun dəyişib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə" Milli Məclisin sentyabrın 30-da qəbul etdiyi qanunun tətbiqinə dair sərəncam imzalayıb. "Report" xəbər verir ki, sərəncamla Nazirlər Kabinetinə (NK) ölkə qanunlarının və prezident aktlarının dəyişikliyə uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay ərzində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.

Bundan başqa, NK normativ hüquqi aktlarını 3 ay müddətində həmin qanuna uyğunlaşdırmalı, bu barədə ölkə prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı, bunun icrası barədə 5 ay müddətində dövlət başçısına məlumat verməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Sərəncamda, həmçinin qeyd olunur ki, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Mühasibat uçotu haqqında” yeni qanuna uyğunlaşdırılmasını təmin edərək NK-ya məlumat versin.

Qeyd edək ki, qanuna edilmiş dəyişiklik investisiya fondlarının idarəçilərinin ictimai əhəmiyyətli qurum sayılmasını nəzərdə tutur. 

Son xəbərlər

Orphus sistemi