Azərbaycanda milli valyutada problemli kreditlərin payı 8%-ə çatıb

Azərbaycanda milli valyutada problemli kreditlərin payı 8%-ə çatıb Manatla ayrılan kreditlərin strukturunda problemli kreditlər daha sürətlə artır
Maliyyə
10 Avqust , 2015 13:55
Azərbaycanda milli valyutada problemli kreditlərin payı 8%-ə çatıb

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanda milli valyutada ayrılan kreditlərin ümumi strukturunda ödəniş vaxtı keçmiş kreditlərin payı 2015-ci il iyul ayının 1-nə 8%-ə yüksəlib. Halbuki, iyunun 1-nə həmin göstərici 7,8% olub. 

Azərbaycan Mərkəzi Bankından "Report"a verilən məlumata görə, cari ilin yanvarın 1-nə milli valyutada problemli kreditlərin manatla verilən məcmu kredit qoyuluşlarında xüsusi çəkisi 5,7% təşkil edib. 

Qeyd edək ki, xarici valyutada vaxtı keçmiş kreditlərin məcmu xarici kreditlərin içərisində xüsusi çəkisi isə iyulun 1-nə 4,8% olub. İyunun 1-nə bu göstərici 4,5%, yanvarın 1-nə isə 4,1% təşkil edib.

Son xəbərlər

Orphus sistemi