​Azərbaycanda milli valyutada olan bank əmanətlərinin həcmi azalır

​Azərbaycanda milli valyutada olan bank əmanətlərinin həcmi azalır Əhalinin xarici valyutada yerləşdirdiyi əmanətlərin payı isə artır
Maliyyə
10 Mart , 2015 15:38
​Azərbaycanda milli valyutada olan bank əmanətlərinin həcmi azalır

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanda milli valyutada olan əmanətlərin bank sektorundan çəkilməsi və ya dollara konvertasiyası ilə əlaqədar əhalinin banklarda manatda yerləşdirilən əmanətlərinin həcmi kəskin azalıb. Cari ilin yanvar ayında Azərbaycanda əhalinin kommersiya banklarındakı manatla əmanətlərinin həcmi azalsa da, xarici valyutada yerləşdirilən əmanətlərdə artım olub.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, ötən ilin dekabr ayından azalmağa başlayan manatla əmanətlər yanvarda daha 3,3% azalıb, xarici valyutada əmanətlər isə 2,9% artıb.

Hesabata əsasən, fevralın 1-nə əhalinin kommersiya banklarında əmanətlərinin 60,1%-i və ya 4,276 mlrd. manatı manatda, 39,9%-i və ya 2,845 mlrd. manatı xarici valyutada yerləşdirilib.

Qeyd edək ki, dekabrda əmanətlərin 61,5%-i manatda, 38,5%-i xariciu valyutada olub. Daha əvvəlki ayda isə bu göstəricilər müvafiq olaraq 63,3% və 36,7% təşkil edib.

Son xəbərlər

Orphus sistemi