Azərbaycanda mərc oyunları uduşlarının vergiyə cəlb edilməsi büdcə gəlirlərini 25 mln. manat artıracaq

Azərbaycanda mərc oyunları uduşlarının vergiyə cəlb edilməsi büdcə gəlirlərini 25 mln. manat artıracaq Yeni güzəştlər isə fiziki şəxslərin gəlir vergisindən dövlət büdcəsinə daxilolmaları 100 mln. manat azaldacaq
Maliyyə
10 Fevral , 2016 12:10
Azərbaycanda mərc oyunları uduşlarının vergiyə cəlb edilməsi büdcə gəlirlərini 25 mln. manat artıracaq

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanda mərc oyunlarında əldə olunan uduşların vergiyə cəlb edilməsi dövlət büdcəsinə əlavə olaraq ildə 20-25 mln. manat gəlir gətirəcək. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən vergi forumunda çıxış edən Maliyyə Nazirliyi vergi siyasəti və gəlirlər şöbəsinin müdir müavini Fikrət Şirinov deyib.

F.Şirinovun sözlərinə görə, fiziki şəxslərin gəlirlərinin vergidən azad olunan hissəsinin artırılması həmin şəxslərin gəlirlərinin orta hesabla 4-9% artmasına şərait yaradacaq:
"Fiziki şəxslərin gəlirlərinin vergidən azad olan hissəsi 10 dəfə artırılaraq 250 manatdan 2 500 manata çatdırılıb. Bu isə onların gəlirlərinin 4-9%-ə qədər artması deməkdir".

Şöbə müdirinin müavini əlavə edib ki, bu dəyişiklik fiziki şəxslərin gəlir vergisindən dövlət büdcəsinə daxilolmaların 100 mln. manat azalmasına səbəb olacaq.

Son xəbərlər

Orphus sistemi