Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatı xərclərinə dair təhlil aparılıb

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatı xərclərinə dair təhlil aparılıb Abşeron rayon İcra Hakimiyyətinə ayrılmış vəsaitlərin icrası yoxlanılıb
Maliyyə
27 Oktyabr , 2016 13:51
Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatı xərclərinə dair təhlil aparılıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. İclasda Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsinin auditi ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, Dövlət İnvestisiya Proqramının icrası üzrə ekspert-analitik təhlilin nəticələri də iclasda müzakirə mövzusu olub.

Bundan başqa, iclasda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Tovuz rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair və dövlət büdcəsinin yerli xərclərindən Quba rayon Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirlərinin yekunları ilə bağlı hesabatlar dinlənilib. Həmçinin, dövlət büdcəsinin yerli xərclərinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Abşeron rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair və Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair yoxlamaların nəticələri müzakirə olunub.

Rayon (şəhər) məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatı xərclərinə dair ekspert-analitik təhlilin nəticələri ilə iclasın gündəliyində olub.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiyada Hesablama Palatasının 2016-cı il İş Planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqramlar təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi