​Azərbaycanda məcmu bank aktivləri bir aya 15% artıb

​Azərbaycanda məcmu bank aktivləri bir aya 15% artıb Bu, valyutada olan aktivlərin manat ekvivalentində dəyərinin artması ilə bağlıdır
Maliyyə
13 Aprel , 2015 17:52
​Azərbaycanda məcmu bank aktivləri bir aya 15% artıb

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının məcmu aktivləri 2015-ci il martın 1-nə 28 632,5 mln. manat təşkil edib. Bu, əvvəlki ayın göstəricisi ilə müqayisədə 3 795 mln. manat və ya 15,3% çoxdur. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yeni aylıq hesabatında bildirilir.

"Report"un analitik qrupu qeyd edir ki, fevral ayında müşahidə olunan bu 15%-lik artım ilk növbədə milli valyutanın devalvasiyası nəticəsində valyutada olan aktivlərin manat ekvivalentində dəyərinin artması ilə bağlıdır.

Bununla yanaşı, hesabat ayında bankların məcmu kredit qoyuluşları 2 117,4 mln. manat və ya 11,7% artaraq martın 1-ə 20 137,7 mln. manat təşkil edib. Bu artım da manatın devalvasiyası ilə əlaqədar olub. Belə ki, valyutada olan kreditlərin milli valyutada dəyərinin artması ümumi kredit portfelini nominal olaraq genişləndirib.

Son xəbərlər

Orphus sistemi