Azərbaycanda məcmu bank aktivləri 35% artıb

Azərbaycanda məcmu bank aktivləri 35% artıb Son bir ayda isə aktivlər üzrə artım cəmi 0,8% olub
Maliyyə
9 May , 2015 11:37
Azərbaycanda məcmu bank aktivləri 35% artıb

Bakı. 9 may. REPORT.AZ/ Azərbaycanda bank sektorunun məcmu aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,70% artaraq 2015-ci il aprelin 1-nə 28 850,3 mln. manata çatıb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu ilin əvvəlindən aktivlər 14,57%, əvvəlki ayla müqayisədə isə 0,76% artıb.

Hesabata əsasən, məcmu kapital isə ötən ilin eyni dövrü ilə müqayisədə 24,32%, ilin əvvəlindən 3,99% , əvvəlki ayla müqayisədə isə 3,70% artaraq cari ilin aprelin 1-nə 4 440,1 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi