​Azərbaycanda manatın dövretmə sürəti 3 ilin maksimumuna çatıb

​Azərbaycanda manatın dövretmə sürəti 3 ilin maksimumuna çatıb Bu il mayın 1-nə manatın dövretmə sürəti 4,54 bənd təşkil edib
Maliyyə
12 İyun , 2015 14:41
​Azərbaycanda manatın dövretmə sürəti 3 ilin maksimumuna çatıb

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanda milli valyutanın dövretmə sürəti son 3 ilin maksimal həddinə çatıb.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, cari ilin mayın 1-nə manatın dövretmə sürəti 4,54 bənd təşkil edib. Bu, 2012-ci ilin fevral ayından etibarən ən yüksək göstəricidir.

"Report"un analitik qrupu qeyd edir ki, ÜDM-in dövriyyədə olan pul kütləsinə nisbəti inflyasiyaya vurulmaqla hesablanır.

"Təhlil göstərir ki, mayın 1-nə deflyasiya, ÜDM-də nominal azalma olub və dövriyyədə olan pul kütləsinin daha çox azalması nəticəsində yekun əmsalda yüksəliş meydana gəlib", - ekspertlər bildirib.

Son xəbərlər

Orphus sistemi