Bakı. 21 oktyabr. REPORT.AZ/ Maliyyə və sığorta sahəsində fəaliyyət göstərən kiçik müəssisə və təşkilatların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 41% artaraq bu il oktyabrın 1-nə 1 227-yə yüksəlib.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ölkədəki kiçik müəssisə və təşkilatların cəmində maliyyə və sığorta sektorunun xüsusi çəkisi 1,4% olub.
Bu il oktyabrın 1-dək Azərbaycanda maliyyə və sığorta fəaliyyəti üzrə fərdi sahibkarların sayı 1 469 nəfər təşkil edib. Bu sahədə fərdi sahibkarların 76% və 1 118 nəfərini kişi, 24%-i qadınlardır.
Ümumiyyətlə, bu sahədə fərdi sahibkarların sayında və demoqrafik vəziyyətində dəyişlik olmayıb. Belə ki, ötən ilin müvafiq dövründə bu sahədə fərdi sahibkarların sayı 1470 nəfər olub ki, bunun da 1120-ni kişilər əhatə edib.