Azərbaycanda maliyyə və sığorta fəaliyyətinə qoyulan sərmayənin miqdarı açıqlanıb

Azərbaycanda maliyyə və sığorta fəaliyyətinə qoyulan sərmayənin miqdarı açıqlanıb 2015-ci ildə maliyyə mənbələrində əsas kapitala yönəldilən vəsaitin 19,8 mln. manatı maliyyə və sığorta fəaliyyətinin payına düşüb
Maliyyə
23 Yanvar , 2016 11:55
Azərbaycanda maliyyə və sığorta fəaliyyətinə qoyulan sərmayənin miqdarı açıqlanıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycanda maliyyə və sığorta fəaliyyətinə sərmayə qoyuluşları azalıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, 2015-ci ildə maliyyə mənbələrində əsas kapitala yönəldilən vəsaitin 0,1% və ya 19,8 mln. manatı maliyyə və sığorta fəaliyyətinin payına düşüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% azdır.

Qeyd edək ki, 2015-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15 957 mln. manat vəsait yönəldilib, onun 9 880,6 mln. manatı və ya 61,9%-i məhsul istehsalı obyektlərinin, 5 046,7 mln. manatı (31,6%-i) xidmət sahələri üzrə obyektlərin, 1 029,7 mln. manatı (6,5%-i) isə ümumi sahəsi 1927,2 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Ümumi sərmayənin 34,7 %-i dövlət, 65,3%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 56,0%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi