​Azərbaycanda maliyyə sektoruna sərmayə qoyuluşu azalıb

​Azərbaycanda maliyyə sektoruna sərmayə qoyuluşu azalıb Son bir ildə bu sərmayələrin həcmi 16% azalıb
Maliyyə
25 Dekabr , 2015 13:12
​Azərbaycanda maliyyə sektoruna sərmayə qoyuluşu azalıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycanda maliyyə və sığorta fəaliyyətinə sərmayə qoyuluşları azalıb. Cari ilin yanvar-noyabr ayları ərzində maliyyə mənbələrində əsas kapitala yönəldilmiş vəsaitin 0,1%-i və ya 19,6 mln. manatı maliyyə və sığorta fəaliyyətinin payına düşüb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,6% azdır.

Qeyd edək ki, 2015-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14 438,8 mln. manat vəsait yönəldilib, onun 8 835,3 mln. manatı və ya 61,2%-i məhsul istehsalı obyektləri, 4 689,5 mln. manatı və ya 32,5%-i xidmət sahələri üzrə obyektlər, 914,0 mln. manatı və ya 6,3%-i isə ümumi sahəsi 1 634,1 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Xatırladaq ki, bu müddətdə maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş vəsaitlərin 7,6%-i və ya 1 094,8 mln. manatı bank kreditləri olub.

Son xəbərlər

Orphus sistemi