Azərbaycanda Maliyyə Sabitliyi Komitəsi yaradılacaq

Azərbaycanda Maliyyə Sabitliyi Komitəsi yaradılacaq Yeni qurumda Maliyyə Nazirliyi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərləri təmsil olunacaq
Maliyyə
4 Mart , 2016 14:12
Azərbaycanda Maliyyə Sabitliyi Komitəsi yaradılacaq

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanda gələcəkdə Maliyyə Nazirliyi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərlərinin təmsilçiliyi ilə maliyyə sabitliyi komitəsi və yaxud şurası kimi məşvərətçi orqanın yaradılması mümkündür. 

“Report”un verdiyi xəbərə görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı məlumat verib.

"İşçi Qrupu tərəfindən bu qurumlar arasında imzalanması üçün müvafiq memorandumun layihəsi hazırlanıb", - deyə R.Aslanlı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi