​Azərbaycanda kredit kartlarına maraq azalıb

​Azərbaycanda kredit kartlarına maraq azalıb Kredit kartları ilin əvvəlindən 268 min ədəd və ya 26,54% azalaraq bu il iyunun 1-nə 742 min ədəd təşkil edib
Maliyyə
12 İyul , 2016 11:52
​Azərbaycanda kredit kartlarına maraq azalıb

Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycanda kredit kartlarının sayı aylıq müqayisədə 13 min ədəd və ya 1,7%, ilin əvvəlindən 268 min ədəd və ya 26,54% azalaraq bu il iyunun 1-nə 742 min ədəd təşkil edib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, illik müqayisədə isə bu göstərici üzrə 526 min ədəd və ya 41,48% azalma qeydə alınıb.

Kredit kartları ilə aparılan əməliyyatların həcmi aylıq müqayisədə 8 mln. manat və ya 6,25% artaraq mayda 136 mln. manat təşkil edib. İllik müqayisədə isə 40 mln. manat və ya 22,7% azalma olub. Əməliyyatların sayında aylıq müqayisədə 60 min əməliyyat və ya 7,23% artaraq hesabat ayında 890 minə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə azalma 622 min ədəd və ya 41,14%olub.

Son xəbərlər

Orphus sistemi