​Azərbaycanda kredit kartlarına maraq azalıb

​Azərbaycanda kredit kartlarına maraq azalıb Bu il bank kredit kartlarının sayı 8,5% azalaraq avqustun 1-nə 1,191 mln.-a düşüb
Maliyyə
8 Sentyabr , 2015 11:19
​Azərbaycanda kredit kartlarına maraq azalıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanda dövriyyədə olan bank kredit kartlarının sayında bu ilin fevral ayından başlayan azalma iyulda da davam edib. Kredit kartlarının sayı ilin əvvəlindən 8,53% azalaraq cari ilin avqustun 1-nə 1,191 mln.-a düşüb.

"Report"un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, beləliklə, dövriyyədə olan cəmi ödəniş kartlarının 20,34%-ni kredit kartları təşkil edib.

Hesabat dövründə ölkədə dövriyyədə olan cəmi ödəniş kartlarının sayı bu il 1,83% azalaraq 5,856 mln.-a enib. Kartların 2,486 mln. ədədi və ya 42,5%-i sosial kartlar, 1,475 mln. ədədi və ya 25,19%-i əmək haqqı kartları, 12,02%-i digər debet kartlarıdır.

Son xəbərlər

Orphus sistemi