Azərbaycanda kredit kartları ilə əməliyyatların həcmi 34% azalıb

Azərbaycanda kredit kartları ilə əməliyyatların həcmi 34% azalıb Əməliyyatların sayı isə illik müqayisədə 45% azalıb
Maliyyə
6 İyul , 2016 17:55
Azərbaycanda kredit kartları ilə əməliyyatların həcmi 34% azalıb

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycanda kredit kartlarının sayı aylıq müqayisədə 32 min ədəd və ya 4,1%, ilin əvvəlindən 262 min ədəd və ya 25,94% azalaraq cari il mayın 1-nə 748 min ədəd təşkil edib. 

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, illik müqayisədə isə bu göstərici üzrə 516 min ədəd və ya 40,8% azalma qeydə alınıb.

Kredit kartları ilə aparılan əməliyyatların həcmi aylıq müqayisədə 15 mln. manat və ya 10,5% azalaraq 128 mln. manat təşkil edib. İllik müqayisədə isə azalma 67 mln. manat və ya 34,4% olub.

Əməliyyatların sayı da aylıq müqayisədə 39 min əməliyyat və ya 4,49% azalaraq hesabat ayında 830 minə enib. Ötən ilin müaviq dövrü ilə müqayisədə isə azalma 690 min ədəd və ya 45,4% olub.

Son xəbərlər

Orphus sistemi